Modern.az

Rusiya taxıl obyektini vurdu - Ölən və yaralılar var

Rusiya taxıl obyektini vurdu - Ölən və yaralılar var

21 İyul 2023, 11:34

Rusiya ardıcıl dördüncü gün Ukraynanın Odessa vilayətinə raket zərbələri endirib.

 

Modern.az yerli rəsmilərə və kanallara istinadən xəbər verir ki, vilayətdə hava hücumu xəbərdarlığı elan edilib.

 

Odessa administrasiyasının mətbuat katibi Sergey Bratçuk deyib ki, vilayətin cənubuna atılan iki raket bölgədəki kənd təsərrüfatı müəssisələrinə düşüb. Onun sözlərinə görə, raketlər “Kalibr” tipli olub.

 

Administrasiyanın rəhbəri Oleq Kiper qeyd edib ki, zərbələr nəticəsində iki nəfər yaralanıb. Obyektlərə vurulan zərbələr nəticəsində 100 ton noxud və 20 ton arpa məhv olub.

 

Rusiya, həmçinin Zaporojye vilayətinin Poxovski rayonunda infrastruktur obyektinə də zərbələr endirib. Regional hərbi administrasiyanın rəhbəri Yuri Malaşko vurğulayıb ki, hücumda 29-43 yaşlarında 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi