Modern.az

Zelenski onu tənqid edən səfiri işdən çıxardı

Zelenski onu tənqid edən səfiri işdən çıxardı

21 İyul 2023, 13:20

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, qərar Ukrayna prezidentinin saytında dərc edilib.

 

Onun yerinə təyinat olmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırmışdı. Məlumata görə, diplomat Zelenskini tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi