Modern.az

İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik - Ərdoğan 

İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik - Ərdoğan 

21 İyul 2023, 14:12

İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif təqdim edildikdən sonra proses parlamentin iş qrafikinə uyğun formalaşacaq.

 

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasına səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O, İsveç tərəfinin verdiyi təminatlara əməl edəcəyinə ümid etdiyini bildirib: “İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik. NATO-nun ikinci ən güclü ordusuna sahib olan və NATO-nun lokomotivi olan Türkiyənin Avropa Birliyinə üzvlüyü Birliyə canlılıq və güc qatacaq”.

 

Ərdoğan terror təşkilatlarına qarşı mübarizə və terrorçuların ekstradisiyasında İsveçin konkret addımlar atmasının bu ölkənin xeyrinə olacağını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi