Nəticələri baxımından həyati əhəmiyyət daşıyan taxıl sazişinin davam etdirilməsi bəşəriyyətin xeyrinədir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın müəyyən gözləntiləri var, əgər bunlar həyata keçirilərsə, Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır.
"İnanıram ki, proses uzanmadan Qara Dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik", - Ərdoğan bildirib.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.