Qırğızıstan Azərbaycanlıları “Azəri” İctimai Cəmiyyətinin sədri Əziz Əliyev çıxış edərək bildirib ki, Qırğızıtanda 20 mindən çox azərbaycanlı yaşayır, Azərbaycanda baş verən hadisələr onların həmişə diqqət mərkəzindədir.
”Buradakı həmyerlilərimiz əsasən 1937-ci ildə Mərkəzi Asiyaya sürgün olunmuşların nəslindədirlər. Lakin doğma Vətəndə baş verən hadisələrə həmişə sevinc və ürək yanğısı ilə münasibət bildiririk”.
Böyük Vətən müharibəsinin iştirakçısı Əsəd Həsənov, Qırğızıstanın əməkdar həkimi Akif Alaferdov, əməkdar müəllimə Alla Məmmədova, öz çıxışlarında qeyd ediblər ki, Prezidenti İlham Əliyevin apardığı siyasət demokratik islahatların həyata keçirilməsində, ölkənin iqtisadi-sosial inkişafında, insan hüquqlarının və azadlıqlarının qorumasında, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.
Daha sonra diaspor üzvlərinin Azərbaycan vətəndaşlarına Azərbaycan Respublikası prezidenti vəzifəsinə seçkilərdə İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq MÜRACİƏTİ oxunub.