Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, görüş iyulun 23-də Moskvada baş tutacaq. Lukaşenkonun səfəri işgüzar xarakter daşıyır.
Prezidentlər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya məsələlərini müzakirə edəcəklər.