Modern.az

“Sabah”ın Konfrans Liqasında oyun vaxtı dəyişdirildi

“Sabah”ın Konfrans Liqasında oyun vaxtı dəyişdirildi

21 İyul 2023, 16:59

Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

 

UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.

 

Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

“Neftçi” isə bir gün sonra - iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

 

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə - iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi