Modern.az

Ziyarətgaha gedənlər qəzaya düşdü

Ziyarətgaha gedənlər qəzaya düşdü

21 İyul 2023, 19:34

Cəlilabadda mikroavtobus qəzaya düşüb, yaralılar var.

 

Modern.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin çıxışında qeydə alınıb.

 

Belə ki, qəza zamanı "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar rayon xəstəxanasına aparılıb.

 

Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmişlər.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər