Modern.az

Zelenski Ərdoğanla taxıl sazişini müzakirə etdi 

Zelenski Ərdoğanla taxıl sazişini müzakirə etdi 

21 İyul 2023, 21:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı Zelenskinin təşəbbüsü ilə baş tutub.

 

Telefon danışığı zamanı liderlər Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılması məsələsini müzakirə ediblər.

 

Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün çox səy göstərdiyini bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi