Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
Bu barədə Modern.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası - 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
Allah rəhmət eləsin.
Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, həlak olan şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşıdır.