Modern.az

İTV-nin əməkdaşına işdən “könüllü getməsi” üçün təzyiq edilir

İTV-nin əməkdaşına işdən “könüllü getməsi” üçün təzyiq edilir

Təhsil

29 İyul 2013, 17:03


İctimai Televiziyanın əməkdaşı, tanınmış jurnalist Esmira Qasımova (Namiqqızı) TV rəhbəriyi tərəfindən işdən getməsi üçün ona təzyiq edildiyini bildirib.
Modern.az
xəbər verir ki, jurnalistin sözlərinə görə, Facebook-da dövlət başçısı əleyhinə olan paylaşılan bir kollaja özünün xəbəri olmadan onu da işarələyiblər. “Məzuniyyətdə olduğum vaxt tanımadığım bir profil tərəfindən bu kollaja tag edildim. Bəyənmədiyim, hətta şərh yazmadığım bu statusu yayan profil sahibini dərhal blok edərək siyahıdan çıxmışam. Amma buna baxmayaraq iyulun 9-dan etibarən hər gün məndən işdən könüllü getməklə bağlı ərizə istənilir. Sizlərdən bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm”-deyə E.Qasımova həmkarlarından dəstək istəyib.
Jurnalist bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayacaq.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım