“Muğanbank” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2013-ci il iyulun 1-nə 313 240,46 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,83 % çoxdur. Bankın məcmu kapital isə 49804,30 min manat təşkil edib. Xatırladaq ki, ötən ilin birinci rübündə bankın məcmu kapitalı 36982,88 min manat olmuşdur.
Həmçinin, əhalinin əmanətləri 91946.84 min. manata çatmışdır. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 16,26 % artaraq 222224,16 min. manat təşkil etmişdir. Vergi tutulduqdan sonra, müvafiq dövr üzrə “Muğanbank” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 14601.35 min. manata, qeyri-faiz gəlirləri isə 6 551.05 min manata çatdırılmışdır. “Muğanbank” ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 66,38%-ə bərabərdir. Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir. “Muğanbank” ASC-nin hesabatları ilə aşağıda qeyd olunan linkdə tanış ola bilərsiniz: //www.muganbank.az/about/financial-reports/