Modern.az

Məmur monopoliyası: Bu bəladan niyə xilas ola bilmirik...

Məmur monopoliyası: Bu bəladan niyə xilas ola bilmirik...

22 İyul 2023, 12:50

Azərbaycanda monopoliyanın davam etməsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Xüsusilə bəzi məmurların monopoliyaya “yaşıl işıq” yandırması, azad rəqabət mühitinin sıradan çıxarılması dəfələrlə müxtəlif səviyyələrdə müzakirə mövzusu olsa da, nədənsə, bu bəladan xilas olmaq mümkünsüz görünür.

 

Doğrudur, dövlət səviyyəsində monopolist məmurlara qarşı bir sıra addımlar atılıb, nəticədə bəziləri vəzifəsini və qurduğu səltənəti itirib. Lakin görünür, dövlətin tərs silləsi bir çox vəzifə sahiblərinə hələ də dərs olmayıb, yenə öz səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni fəaliyyətlə məşğul olurlar.

 

Bəs onlardan niyə qurtula bilmirik? Məmur monopoliyasının kökünü kəsmək üçün hansı addımlar atılmalıdır?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafanın sözlərinə görə, bəzi məmurların monopoliya ilə məşğul olması elə-belə havadan gəlmir.

 

"Yəqin ki, bu istiqamətdə müəyyən islahatların aparılması ləngidiyinə görə hələki monopoliya deyilən məhfum qalmaqdadır. Elə sahələr var ki, orada dövlət üçün monopoliya əsas götürülə bilər. Amma bir çox sahələrdə gizli monopoliyanın olması narahatedici amillərdən biridir", - parlamentari bildirib.

 

F.Mustafanın fikrincə, xüsusilə imtiyazlı şəxslərin iqtisadiyyata maneəçilik törətməsi ölkənin ümumi rifahına mənfi təsir edən amillərdən biridir:

 

“Biz bunları Qarabağ savaşından sonrakı dövrdə düzəltməliyik. İnsanların inamını qaytarmalı və təşəbbüskarlığını artımalıyıq. Bu faktorlar qaldıqca insanlar daha rahat şəkildə seçdikləri, müəyyən etdikləri istiqamətlər üzrə iqtisadiyyatda yer ala bilmirlər. Bu da demək olar ki, istehsalın dayanmasına gətirib çıxarır. Hamı ancaq istehlak tərəfini düşünür. Tikintidə olan müəyyən məhdudiyyətlər çox sayda iş yerinin itirilməsinə gətirib çıxarır. İqtisadiyyatımızın zəifləməsində belə mənfi ünsürləri görə bilərik. Ona görə də qeydolunan maneələr aradan qaldırılmalıdır. İnhisarçılığın bütün elementlərinə qarşı qanunvericilik səviyyəsində ciddi müzakirə aparılmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü