Zaqatalada iki minik avtomobili toqquşub.
Modern.az xəbər verir ki, hadisə Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş Asma körpünün girişində baş verib.
Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.