Modern.az

Evdən iki qardaşın meyiti tapıldı

Evdən iki qardaşın meyiti tapıldı

Hadisə

22 İyul 2023, 13:02

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

 

Modern.az-ın məlumata görə, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

 

Belə ki, 52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı 55 yaşlı Rəhmanın meyiti evdə aşkarlanıb. İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

 

İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər