Modern.az

"Neftçi"nin rəqibi matçı təxirə salmaq istəyir

İdman

22 İyul 2023, 15:34

Bosniya və Herseqovinanın “Jelezniçar” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunlara görə ölkə çempionatının I tur matçının təxirə salınmasını istəyir.

 

Modern.az xəbər verir ki, Sarayevo təmsilçisi Premyer Liqanın startında “İqman”la qarşılaşmanın başqa vaxta salınması üçün yerli federasiyaya müraciət edəcək.

 

Həmin görüş iyulun 30-da – yəni “Neftçi” ilə evdə keçiriləcək ilk oyundan üç gün sonra baş tutmalıdır. Baş məşqçi Nermin Başiç Bakıdakı cavab matçına daha yaxşı hazırlaşmaq üçün “İqman”la görüşün təxirə salınmasını istəyib. Yaxın günlərdə bununla bağlı rəsmi müraciətin olması gözlənilir.

 

Qeyd edək ki, “Jelezniçar”la “Neftçi” arasında ilk oyun iyulun 27-də “Qrbavitsa” stadionunda, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar