Modern.az

Rusiyanın zərbələri nəticəsində daha bir jurnalist yaralandı

Rusiyanın zərbələri nəticəsində daha bir jurnalist yaralandı

22 İyul 2023, 20:13

İyulun 22-də Ukraynanın Donetsk vilayətində Rusiyanın zərbələri nəticəsində Almaniyanın "Deutsche Welle" nəşrinin operatoru Yevgeni Şilko yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə agentliyin özü məlumat yayıb.

 

Bildirilir ki, hadisə Kramatorsk rayonunun Drujkovka şəhərində baş verib.

 

DW-nin müxbiri Matias Böhlinger atışmanın şahidi olub. O, Rusiya kaset sursatlarından istifadə edildiyini və bunun “Ukrayna ordusu tərəfindən təsdiqləndiyini” bildirib.

 

Nəşr yazır ki, zərbə zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbçisi də həlak olub, bir neçəsi ağır yaralanıb. Hücum gecə saat 12:10-da cəbhə xəttindən 23 km aralıda, DW-nin çəkiliş qrupu Ukrayna hərbçilərinin təlimi barədə reportaj hazırlayarkən baş verib. 

 

Yaralanan jurnalistin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi