Modern.az

Ramazanda spirtli içkilərin reklamı məhdudlaşdırıla bilərmi? - Təklif var, tətbiqsə...

Ramazanda spirtli içkilərin reklamı məhdudlaşdırıla bilərmi? - Təklif var, tətbiqsə...

Təhsil

30 İyul 2013, 10:02


Ramazan ayı olmasına baxmayaraq, bir çox telekanalda spirtli içkilər reklam olunur. Məsələyə “Lider” televiziyası məsələyə rəsmi şəkildə aydınlıq gətirsə də, digər kanallar hələ ki, heç bir mövqe bildirməyiblər. Odur ki, telekanallar hələ də spirtli içkilərin reklamını davam etdirir. Spirtli içkilərin əsasən də qanunla məhdudlaşdırılmış saatlarda efirə verilməsi çoxlarını narahat edib.

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev Modern.az-a bildirib ki, telekanallar köhnə reklam haqqında qanunla işləyirlər. Onun sözlərinə görə, həmin qanunda da bununla bağlı nə edilməli olduğu bilinmir. Amma yeni hazırlanan reklam qanununda məsələ ciddiləşib.

“Yəqin ki, yeni qanun onlara təsir edəcək. Amma hələ ki, boşluqlar çoxdur. Türkiyədə əhalinin əksər hissəsi yarısı namaz qılır, oruc tutur, axşamlar bələdiyyələr insanlara iftar süfrəsi təşkil eirlər. Amma Azərbaycanda bu proseslər yoxdur. Ona görə də heç kim hiss eləmir ki, Ramazan ayıdır. Məsələn, bu günlərdə Əhya gecələri olur. Ümumiyyyətlə, spirtli içki reklamı olmamalıdır. Amma küçələrdə, televiziya kanallarında yenə də reklam olunur. Qanundan kənarda bu işlə məşğul olurlar. Buna isə yalnız Milli Teleradio Yayımları Şurası müdaxilə edə bilər. Amma yeni qanun qəbul olunsa, biz də bu məsələyə müdaxilə edə bilərik. Həmçinin İqtisadi İnkişaf Nazirliyinin antiinhisar təşkilatı var ki həmin qurum da reklamların yayılmasına müdaxilə edə bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, spitli içkilərin reklamı ilə bağlı idarənin mövqeyi həmişə eyni olub. “Təkcə televiziya kanallarının və yalnız hansısa bir ayla məhdudlaşdırılmasını yox, ümumilikdə mənəvi dəyərlərimizə sadiq qalmaq  baxımından, belə reklamların əleyhinəyik”. 

Gültəkin ƏLƏSGƏR 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım