Modern.az

Millimiz Avropa çempionatının finalında

Millimiz Avropa çempionatının finalında

23 İyul 2023, 08:38

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.

 

Modern.az xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib.

 

Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq.

 

Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi