Çinin “Çançjen 2D” raket daşıyıcısı dörd peyki uğurla Yerin orbitinə çıxarıb.
Modern.az Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) saytına istinadən xəbər verir ki, raket Pekin vaxtı ilə saat 10:50-də (Bakı vaxtı ilə saat 06:50) Tayyuan kosmodromunun buraxılış meydançasından buraxılıb.
Korporasiyanın məlumatına görə, orbitə üç “Sixiang Earth” məsafədən zondlama peyki və “Lingxi-03” kosmik gəmisi çıxarılıb.
Buraxılış zamanı istifadə edilən “Changerding” raketi maye yanacaqla işləyən iki mərhələli daşıyıcı aparatdır. O, CASC-ın səkkizinci Akademiyasının baş direktoru tərəfindən layihələndirilib və müxtəlif orbital tələblərə malik bir və ya bir neçə peyk buraxmağa qadirdir. Raketin yükdaşıma qabiliyyəti 1,3 tondur.