Modern.az

Rusiya Odessanı raketlə vurdu - ölən və yaralananlar var

Rusiya Odessanı raketlə vurdu - ölən və yaralananlar var

23 İyul 2023, 09:24

Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.

 

Modern.az Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin teleqram kanalına istinadən xəbər verir ki, atəş nəticəsində bir mülki şəxs ölüb.

 

"Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır", - Oleq Kiper bildirib.

 

Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi