Modern.az

Milli Ordunun giziri şəhid olub

Milli Ordunun giziri şəhid olub

Təhsil

30 İyul 2013, 10:27

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.  Düşmən cavab atəşi ilə susdurulub.

M
üdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dünən saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənun giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım