Modern.az

Meksikada barda yanğın - 11 nəfər öldü

Meksikada barda yanğın - 11 nəfər öldü

23 İyul 2023, 10:57

Meksikada barda güclü yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Hadisə San Luis Rio Kolorado şəhərindəki "Beer House" barında baş verib. Yanğın zamanı 11 nəfər ölüb.

 

Müstəntiqlərin fikrincə, hadisə nalayiq davranışlar sərgilədiyi iddia edilən ziyarətçilərdən birinin təqsiri üzündən baş verib.

 

Bir müddət sonra həmin şəxs geri qayıdıb və əsas girişə yanar qarışığı olan qab atıb.

 

Şübhəli şəhəri tərk etmək istəyərkən yaxalanıb.

 

Qurbanlar arasında həmin axşam çıxış edən "Mitosis Rock & Ska" musiqi qrupunun üç üzvü də olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi