Modern.az

Rusiyanın Odessaya hücumu hərbi cinayətdir - Zurabişvili

Rusiyanın Odessaya hücumu hərbi cinayətdir - Zurabişvili

23 İyul 2023, 21:46

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessaya kütləvi raket hücumunu hərbi cinayət adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, Rusiya Odessaya hücum etməklə növbəti hərbi cinayət törədib.

 

“UNESCO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun mülki əhalisinə edilən hücumları, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasını qəti şəkildə pisləyirəm”, - dövlət başçısı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi