Bu gün İspaniyada parlament seçkiləri keçirilib.
Modern.az xəbər verir ki, seçkilərdə heç bir partiya mütləq səs çoxluğu qazana bilməyib.
Sorğular göstərir ki, İspaniyanın sağçı partiyaları birlikdə hökumət qura biləcək qədər səs toplaya bilib .
Müxalifətdə olan Mühafizəkar İspaniya Xalq Partiyası seçkilərdə öndədir. Bu siyasi qüvvələr İfrat sağçı Voks partiyası ilə birlikdə hökumət qura bilər.
Sorğulara əsasən Xalq Partiyası 150, Voks isə 31 yer qazanacaq. Sorğu 10 min seçici arasında aparılıb.
İspaniyanın baş naziri Pedro Sançesin sosialistlərinin rəhbərlik etdiyi solçu koalisiya 350 yerlik parlamentdə ümumilikdə 149 yer qazanıb.
"Reuters" bildirir ki, yeni parlament avqustun 17-dək formalaşmalıdır, lakin hökumət qurmaq üçün partiyalar arasında danışıqlar aylarla uzana bilər