Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib.
Nazirlik bildirib ki, hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib. Hadisə nəticəsində itki olmadığı qeyd edilib.
Moskva meri Sergey Sobyanin "Telegram" kanalında səhər saat 4 radələrində baş verən hücum zamanı iki qeyri-yaşayış binasının vurulduğunu vurğulayıb.
Rusiyanın dövlət xəbər agentlikləri fövqəladə xidmətlərə istinadən yazır ki, Komsomolski prospektində, Müdafiə Nazirliyinin binalarından 2 kilometr aralıda yerləşən binanın yaxınlığında dron parçaları tapılıb.
Məlumata görə, Moskvanın cənubundakı Lixaçov və Komsomolski prospektində nəqliyyatın hərəkəti bağlanıb.
Ukrayna hadisə ilə bağlı heç bir açıqlama verməyib.