Modern.az

Ələt-Astara yolunda ağır qəza - Ölən və yaralılar var

Ələt-Astara yolunda ağır qəza - Ölən və yaralılar var

Hadisə

24 İyul 2023, 08:34

Salyanda ağır yol qəzası baş verib.

 

Modern.az bildirir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, “Mercedes” markalı avtomobil digər iki maşınla toqquşub. Qəza nəticəsində bir nəfə dünyasını dəyişib.

 

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər