Modern.az

Milli Şura iclas üçün niyə məhz Gürcüstanı seçdi?

Milli Şura iclas üçün niyə məhz Gürcüstanı seçdi?

Təhsil

30 İyul 2013, 12:25

“Gürcüstan Azərbaycana coğrafi baxımdan ən yaxın ölkə olduğuna görə bu ölkəni seçmişik. Başqa səbəb yoxdu”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan Mili Şuranın iclası üçün məhz Gürcüstan məkanının seçilməsi məsələsini şərh edərkən deyib.
Əvəz Temirxan qeyd edib ki, partiyanı bu iclasda Eldar Muradov təmsil edəcək.
İclas öncəsi mətbuata bu haqda hər hansı açıqlama vermək istəmədiyini bildirən partiya sədri hər şeyin yaxşı olacağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, Tiflisə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovla görüşə gedən nümayəndə heyəti bu gün yola düşür.

Nümayəndə heyətinə Milli Şura İcra Aparatın rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Liberal Partiyanın təmsilçisi Eldar Muradov, seçki qərargahının üzvü Köçəri Nağıbəyli daxildir.


Vüqar İsmayılov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım