Modern.az

Azərbaycanda sığorta bazarı 32 faiz böyüyüb

Azərbaycanda sığorta bazarı 32 faiz böyüyüb

İqtisadiyyat

24 İyul 2023, 12:20

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur.

 

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 % çoxdur.

 

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi