Modern.az

Siyavuş Novruzov: “Milli Şuradakıların dəyəri “Zaparoajets” dən də azdır” - AÇIQLAMA

Siyavuş Novruzov: “Milli Şuradakıların dəyəri  “Zaparoajets” dən də azdır” - AÇIQLAMA

Təhsil

30 İyul 2013, 12:44

“Milli Şuranın Gürcüstanda toplantı keçirməsinin Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə qəti bir aidiyyatı yoxdur”. Bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın Gürcüstanda keçiriləcək iclasının perspektivini şərh edərkən deyib. O, Milli Şuranın Gürcüstan görüşünü turist səfərlərinə bənzədib.

“Bu görüşü əslində Rusiyada da keçirə bilərdilər. Rüstəm İbrahimbəyov ordan gəlir, bunlar burdan gedir. Mənasız bir görüşdür. Artıq məsələ göz qabağındadır”.

  YAP funksioneri qeyd edib ki, dəfələrlə hakimiyyət qanunun  tələblərini Milli Şuraya çatdırmalarına baxmayaraq, bu təşkilat qanunvericiliyi nizama salmaq əvəzinə iqtidar nümayəndələrinə qarşı böhtana söykənən və uyğun olmayan fikirlər səsləndirib.

“Biz vaxtında dedik ki, Rüstəm İbrahimbəyovun problemi var. Bir daha sübut olundu ki,  Milli Şuraya toplaşan insanlar və seçkidə iştirak etmək istəyən şəxslər qanundan xəbərsizdirlər. Bu baxımdan da onların Tiflisə getməsi deyərdim ki, yalnız turist səfəridir”-deyə S. Novruzov vurğulayıb.   Milli Şuranın Tiflis görüşündə iştirak edəcək nümayəndə heyətinin ayrı-ayrılıqda Gürcüstana getmələrini isə YAP rəsmisi onların şou yaratmaq cəhdləri kimi qiymətləndirib. “Bunlar fikirləşir ki, təyyarə vurula bilər. Onlar kimdir axı ona görə də təyyarə vurulsun?!  Təyyarənin dəyəri heç bilirlər nə qədərdir? Bunların dəyəri isə heç “Zaparoajets” dən də azdır. Bunlar heç təyyarənin bir qanadına dəyməzlər”-deyə ironik şəkildə millət vəkili ittiham edib.  

Aqşin Kərimov  
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım