Modern.az

TQDK abituriyent sorğularının məzmunu ilə bağlı açıqlama verdi

TQDK abituriyent sorğularının məzmunu ilə bağlı açıqlama verdi

Təhsil

30 İyul 2013, 13:18

“Bu günə qədər keçirilən qəbul imtahanlarından sonra TDQK-ya daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir”. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki, bu sorğuların əvvəlki illərlə müqayisədə həm azalıb, həm də təqdimolunma forması dəyişib. “Yəqin ki, bu, daha çox vətəndaşların informasiya texnologiyalarından istifadə imkanlarının artması ilə əlaqədardır. Bizə müraciətlər əsasən elektron formada daxil olur və burada TQDK-nın Facebook sosial şəbəkəsində fəaliyyət göstərən səhifəsi xüsusi yer tutur. Vətəndaşların müraciətləri oradan ən operativ şəkildə cavablandırılır”.

E. Nağızadə onlara daha çox abituriyentlərin topladıqları balla hansı universitetə və ya ixtisasa qəbul şansları, kolleclərə qəbul və digər bu kimi məzmunlu müraciətlərin daxil olduğunu bildirib. Qeyd edək ki, bu günə kimi I, III və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.  

 

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım