Modern.az

Azərbaycan klublarının potensial rəqibləri

Azərbaycan klublarının potensial rəqibləri

İdman

24 İyul 2023, 16:16

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, "Sabah" II raundda Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

 

"Neftçi" II təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

 

Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, III raundda "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi