Modern.az

Gənclər və idman naziri şimal bölgəsində vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri şimal bölgəsində vətəndaşları qəbul edəcək

Təhsil

30 İyul 2013, 13:20

Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-də Qəbələ şəhərində vətəndaşları qəbulu edəcək. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul  saat 11:00 -da  Qəbələ Mədəniyyət Mərkəzində  (Qəbələ şəhəri, 28 may küçəsi, 40) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dan avqustun 3-dək müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər. Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 30-dan avqustun 3-dək, saat 09:00-dan 18.00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.  

Qəbələ rayon Gənclər və İdman İdarəsi

Mob: 050-399-06-33

E-mail: [email protected]

Şəki rayon Gənclər və İdman İdarəsi

Mob: 055-605-00-00

E-mail: [email protected]  

Oğuz rayon Gənclər və İdman İdarəsi

Mob: 050-394-94-04

E-mail: [email protected]   

Zaqatala rayon Gənclər və İdman İdarəsi

Mob: 050-382-78-13 E-mail: [email protected]   

Balakən rayon Gənclər və İdman İdarəsi 

Mob: 055-722-12-15 

E-mail: [email protected]

Qax rayon Gənclər və İdman İdarəsi

Mob: 055-365-25-00, 050-344-15-11 

E-mail: [email protected]   

İsmayıllı rayon Gənclər və İdman İdarəsi 

Mob: 055/070-208-50-73 

E-mail: [email protected]    

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım