BMT-nin baş katibi Antonio Quterreş Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.
Görüş zamanı Laçın yolu və Cənubi Qafqazdakı vəziyyəti müzakirə olunub. Quterreş Cənubi Qafqazda uzunmüddətli sülh danışıqlarının axtarılıb tapılması istiqamətində yüksək səviyyədə gedən dialoqu dəstəkləyib.