Modern.az

“Bakcell”dən möhtəşəm YENİLİK

“Bakcell”dən  möhtəşəm YENİLİK

Təhsil

30 İyul 2013, 13:35

Hesab.az portalında «Bakcell həftələri» kampaniyası keçirilir. Modern.az xəbər verir ki, “Bakcell” abunəçiləri ölkənin ən iri onlayn ödəmələr portalı olan “Hesab.az”-da əlavə bonus qazana bilərlər.

Altı “Bakcell həftəsi”ndən ibarət olan kampaniyanın artıq “4 –cü həftəsinə” start verildi. “4-cü Bakcell həftəsi” iyul ayının 30-dan avqust ayının 5-ə kimi davam edəcək. Hesab.az portalı bu müddət ərzində qeydiyyatdan keçən istifadəçilərinə «Bakcell» xidmətləri üzrə aparılan

 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus),

10 AZN-dən - 20 AZN-dək əməliyyatlara görə – üçqat (hər 1 manat 300 bonus),

20 AZN-dən çox əməliyyatlara görə dördqat bonus (hər 1 manat 400 bonus) qazandıracaq. 

Yığılmış xallar hesabına Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edirlər. Bu məqsədlə portaldakı bonus hərraclarına Bakcell tərəfindən yüzlərlə Bakcell və Mançester Yunayted hədiyyələri  çıxarılıb... Hərraclarda iştirak etmək üçün Hesab.az portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir. «Bakcell həftələri» kampaniyasında iştirak etmək üçün //www.hesab.az səhifəsinə daxil olun. 

«GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı mobil operatorlarla bərabər, əksər İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələr və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir.

Bu zaman qeydiyyatdan keçən 67 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın xidmətləri pulsuzdur, tərəfdaşı olan 45 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsi ilə də - m.hesab.az resursundan ödəmək olar. Əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən «VeriSign SSL» və « GeoTrust SSL»-«şifrələnmə əsasında təmin edilir.

 

Modern.az

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım