Modern.az

Millimiz Avropa çempionatının yarımfinalında

Millimiz Avropa çempionatının yarımfinalında

24 İyul 2023, 21:52

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, yığma buna B qrupundakı son oyunda San Marino seçməsinə 96:47 hesabı ilə qalib gəlməklə nail olub.

 

Növbəti mərhələyə qrup lideri kimi adlayan kollektiv finala gedən yolda Kosovo - Andorra cütünün məğlubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, iyulun 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi