Modern.az

Bu həftə milli Premyer Liqa 22-ci dəfə start götürür

Bu həftə milli Premyer Liqa 22-ci dəfə start götürür

Təhsil

30 İyul 2013, 13:48

Bu həftə Topaz Premyer Liqası start götürəcək. Modern.az-ın məlumatına görə, sayca 22-ci Azərbaycan çempionatında ilk dəfə olaraq 10 komanda mübarizə aparacaq. Dörd dövrədə baş tutacaq çempionatda iştirak edəcək komandalar bunlardır:

1. “Nefçi” (Bakı)

2. “Qarabağ” (Ağdam)

3. “Xəzər Lənkərən” (Lənkəran)

4. “İnter” (Bakı)

5. “Qəbələ” (Qəbələ”

6. “Azal” (Bakı) 

7. “Simurq” (Zaqatala)

8. “Rəvan” (Bakı)

9. “Sumqayıt” (Sumqayıt) 

10. “Bakı” (Bakı)

Beləliklə, ilk oyun avqustun 2-də olacaq. Paytaxtın “Bakı” klubu öz meydanında “Qəbələ”ni qəbul edəcək. Avqustun 3-də isə son Azərbaycan çempionu “Nefçi” “Azal”ı qəbul edəcək. Zaqatala təmsilçisi “Simurq” isə “Rəvan” komandası ilə üz-üzə gələcək. Bazar günü, yəni avqustun 4-də isə “Sumqayıt” cənub təmsilçisi “Xəzər Lənkərən”la qarşılaşacaq. Paytaxtın “İnter” klubu isə Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq. Bu çempionat həm də ardıcıl ikinci dəfə Topaz Prmyer Liqası adı altında keçiriləcək.  

 

Abbas Qəmli  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım