Bu gün bir sıra saytlarda tanınmış müğənni Xumar Qədimovanın 4-5 il öncə çəkilmiş fotoları yayılıb. Şəkillərdə müğənninin əlindəki siqaret diqqət çəkir.
Sənətçi bununla bağlı Modern.az saytına açıqlama verib. Hazırda Bakıda olmadığını bildirən Qədimova deyib ki, saytları izləmir:
“O şəkillərin harda və nəvaxt çəkildiyi yadımda deyil. Ümumiyyətlə hazırda Bakıda da deyiləm”.
Qeyd edək ki, sözügedən fotolar sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.
İntiqam Valehoğlu