Bir neçə gündür paytaxtda, eləcə də bölgələrdə hava durumu payız fəslini xatırladır. Lakin küləkli hava və yağış avqustun 1-dən etibarən tədricən yerini yenidən istiyə verəcək. Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimova məlumat verib. “Bu gün paytaxtda yağışlı hava müşahidə olunub. Bir neçə gündür güclənən şimal küləyi artıq bir qədər mülayimləşib. İyunun 31-i yağışın tədricən kəsəcəyi, avqustun 1-dən isə günün əsasən yağmursuz keçəcəyi, havanın bir qədər açılacağı gözlənir. Temperatur günorta saatlarında 26-31 dərəcə təşkil edəcək. Lakin sabah, iyulun 31-də paytaxtda dəyişkən buludlu, yağmursuz hava olacağı gözlənir. Avqustu 1-i və 2-si paytaxtımızda hava şəraiti əsasən yağmursuz olacaq, havanın temperaturu isə günorta saatlarında 28-33 dərəcəyə qədər yüksələcək.
Bölgələrdə də günorta saatlarından başlayaraq hava mülayimləşməyə başlayacaq. Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənir. Mərkəzi Aran rayonlarında havanın temperaturu 30-35 dərəcə, dağlarda isə gündüz saatlarında 15-20 dərəcə intervalında dəyişəcək”. Qeyd edək ki, əvvəlki illərdə də iyul ayında belə yağışlı hava müşahidə olunmuşdu. Bu iyul ayının səciyyəvi xüsusiyyətidir. 2012-ci il iyulun 15-də də paytaxtda və respublika ərazisində hava şəraiti yağışlı keçmişdi.Ulduz İBRAHİMOVA