Modern.az

Adanada zəlzələ əhalini təşvişə saldı - FOTOLAR+VİDEO

Adanada zəlzələ əhalini təşvişə saldı - FOTOLAR+VİDEO

Dünya

25 İyul 2023, 10:54

Bu gün səhər saatlarında Türkiyənin Adana vilayətində 5.5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az bildirir ki, zəlzələ Osmaniye və Qaziantep vilayətlərində də hiss olunub.

 

Zəlzələdən sonra təxminən 15 dəqiqə ərzində daha 3 afterşok qeydə alınıb.

 

11,27 kilometr dərinlikdə baş verən zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda panika və təşvişə səbəb olub. İnsanlar binalardan küçələrə axışıblar.

 

Adana valisi Süleyman Elbanın sözlərinə görə, zəlzələ 10 saniyə davam edib. O, zəlzələ zamanı heç kimin xəsarət almadığını bildirib. Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar şəhər mərkəzindən kənarda bir neçə tövlənin zədələndiyini deyib.

 

Yerli rəsmilərin verdiyi məlumata görə, zəlzələ zamanı hündür mərtəbədən yerə tullanan bir neçə şəxs xəsarət alıb.

 

 

1266933

1266934

1266935

1266936

1266937

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı