Modern.az

Rüstəm İbrahimbəyovu gətirən təyyarə saat 16.30-da Tiflisə enəcək - XƏBƏR

 Rüstəm İbrahimbəyovu gətirən təyyarə saat 16.30-da Tiflisə enəcək - XƏBƏR

Təhsil

30 İyul 2013, 14:20


Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının üzvləri Tiflisin Vere Palas otelinə toplaşmaqdadır. Modern.az “musavat.com”a istinadən bildirir ki, hələlik Milli Şura sədri Rüstəm İbrahimbəyov Tiflisə çatmayıb. Onun hərəkət etdiyi Moskva-Tiflis uçağı yerli vaxtla saat 16.30-da Tiflisə enir. Bakıdan gələn 15 nəfərlik nümayəndə heyətinin bir hissəsi isə artıq Tiflisdədir. Qeyd edək ki, Milli Şura üzvlərinin bir hissəsi, avtomobil, digər bir qrup isə dəmir yolu ilə Tiflisə gəlib.

Müsavat başqanı  İsa Qəmbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, komissiya sədrləri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Mehman Əliyev isə yaxın bir saatda Tiflisə çatacaq. Onları gətirən Bakı-Tiflis uçağı saat 15.00-da enir.   Milli Şura üzvlərinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, Milli Şuranın fövqəladə toplantısı saat 18.00-da (Bakı vaxtı ilə 19.00-da) başlayacaq.  
Bəlli olduğu kimi, bu gün Tiflisdə  Milli Şura üzvlərinin toplantısı keçiriləcək. Yığıncaqda Milli Şura sədri Rüstəm İbrahimbəyov da iştirak edəcək.    

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım