Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Çinə işgüzar səfərə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
O, Çenqduda keçiriləcək 31-ci FISU Dünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak edəcək. Yarışlarda Gürcüstandan 50 tələbənin qatıldığı qeyd olunub.
Qaribaşvili ardınca Pekinə yola düşəcək və orada yüksək səviyyəli, ikitərəfli görüşlər keçirəcək.