Modern.az

Zelenski Rişi Sunakla danışıqlar apardı

Zelenski Rişi Sunakla danışıqlar apardı

Dünya

25 İyul 2023, 12:36

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb.

 

Telefon danışığı zamanı Rusiyanın Odessanın tarixi mərkəzini və liman infrastrukturunu məhv etməsi müzakirə olunub. Tərəflər, həmçinin müdafiə sahəsində əməkdaşlıq, Ukraynanın hücum əməliyyatlarının gedişatı barədə fikir mübadiləsi aparıblar.

 

"Cənab Baş Nazir və mən NATO-nun Vilnüsdə keçirilən Sammitində G7-nin Ukraynaya Birgə Dəstək Bəyannaməsinin qəbul edilməsini və sonradan digər ölkələrin də ona qoşulmasını qeyd etdik. Biz onu ikitərəfli əsasda konkret təhlükəsizlik zəmanətləri ilə zənginləşdirmək üçün gələcək addımları da müzakirə etdik", - Zelenski vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı