Modern.az

Hərracda bankların dollara tələbi ARTIB

Hərracda bankların dollara tələbi ARTIB

İqtisadiyyat

25 İyul 2023, 13:28

Bankların dollar tələbi yenidən artmağa başlayıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Belə ki, iyulun 25-də AMB-nin növbəti valyuta hərracı keçirilib. Məlumata görə, hərracda tələb 59.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 43,6% çoxdur. Belə ki, iyulun 20-də keçirilən valyuta hərracında banklar 41.5 milyon dollar alış həyata keçirib.

 

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi