Modern.az

İrana qarşı yeni sanksiyalar

İrana qarşı yeni sanksiyalar

Dünya

25 İyul 2023, 14:04

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə yekun qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.

 

"İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, ölkədə istifadəsi üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, - qərarda bildirilir.

 

Qeyd edək ki, bu, Aİ-nin İrana qarşı üçüncü sanksiyalar paketidir. Birincisi İranın nüvə və raket proqramlarına qarşı yönəlib, ikinci sanksiyalar mexanizmi isə bu ölkədə insan haqlarının pozulması iddiaları ilə bağlı tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı