Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O çıxışı zamanı yenidən Qarabağ mövzusuna toxunub. Baş nazir vurğulayıb ki, dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur.
Paşinyan əlavə edib ki, Ermənistan Qarabağın əhalisinin taleyini həll edə bilməz.