Modern.az

Ankaradakı səfirlik: “İğtişaşlarda iştirak etdiyinə görə Türkiyədən azərbaycanlı tələbə qovulmayıb”

Ankaradakı səfirlik: “İğtişaşlarda iştirak etdiyinə görə Türkiyədən azərbaycanlı tələbə qovulmayıb”

Ölkə

30 İyul 2013, 17:12

Bu müddət öncə İstanbulu qarışdıran “Gəzi parkı” aksiyalarında türkiyəli gənclərlə yanaşı, azərbaycanlı tələblər də iştirak edirdi. Artıq bir neçə həftədir “Gəzi parkı” hadisələrində iştirak edənlər həbs edilir. Modern.az saytında daxil olan məlumata görə, Ankarada təşkil edilən analoji aksiyada iştirak edən bir azərbaycanlı tələbə tutulub. Həmin gəncin təhsil aldığı Ankara Dövlət Universitetindən qovulduğu və Türkiyədən deportasiya olunduğu bildirilir.

Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov isə Modern.az-a açıqlamasında bu iddianı təkzib edib.

“Məlumat tamamilə yanlışdır. Burada belə bir şey olsaydı polis öncə bizi məlumatlandırardı. Buradakı universitetlərdən nə azərbaycanlı tələbə qovulub, nə də Türkiyədən deportasiya olunub”. 

 

  Aytən ƏLİYEVA
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi