Modern.az

Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı

Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı

Dünya

25 İyul 2023, 20:52

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı planlar var.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.

 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, mən təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin biz hələlik konkret tarixlər barədə razılığa gəlməmişik”, - deyə o qeyd edib.

 

Uşakov vurğulayıb ki, Putinin Çinə səfəri ilə bağlı da planlar var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı