Modern.az

\"Qəbələ\" millimizin sabiq qapıçısını transfer etdi 

\

25 İyul 2023, 21:42

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

 

Modern.az xəbər verir ki, klubdan verilən məlumata görə, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

 

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.

 

Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Əzizli U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi