Modern.az

Rəsul Quliyev “Tiflis sammiti”ndən DANIŞDI: “Rüstəm bəy düz elədi Bakıya gəlmədi”

Rəsul Quliyev “Tiflis sammiti”ndən DANIŞDI: “Rüstəm bəy düz elədi Bakıya gəlmədi”

Təhsil

30 İyul 2013, 17:21

“Tiflisdə görüş hökmən lazım idi. Çünki vahid namizədin həbsinin nə ilə nəticələnəcəyini bilən bir sıra Milli Şura üzvləri Rüstəm İbrahimbəyovla onun ölkəyə qayıdışı və digər məsələlər barədə müzakirə aparmalıdırlar. Ona görə bu görüş hökmən olmalı idi. Təəssüf ki, görüş Azərbaycanda yox Gürcüstanda keçir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Milli Şura üzvlərinin Gürcüstandakı toplantısını şərh edərkən bildirib.

Milli Məclisin sabiq sədri R.İbrahimbəyovun Azərbaycana gəlməməsinin düzgün addım olduğunu deyib.

“Rüstəm İbrahimbəyov Azərbaycana gəlib saxlanılsaydı, şansını itirərdi. Rüstəm İbrahimbəyov əgər prezident seçkilərində iştirak etmək fikrindən daşınmasa, hökumət onu həbs etmək niyyətindədir. Bu məsələnin belə olmadığını iddia etmək gülüncdür.

İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqının bir ildə 30 min manat vergidən yayınması barədə cinayət işi sözsüz ki, ona qarşı qondarma cinayət işidir. Bu külli oğurluqda müqayisədə 0,30 min qəpikdir. Özü də bu təşkilat pulu qaytarmaq istədiyini də elan edib”.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım